...

Azərbaycandan Avropaya qaz tədarükünü artırmaq lazımdır - Gerhard Şröder

Energetika Materials 22 Noyabr 2022 11:37 (UTC +04:00)
Azərbaycandan Avropaya qaz tədarükünü artırmaq lazımdır - Gerhard Şröder
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycandan Avropaya qaz tədarükünü artırmaq lazımdır.

Trend-in məlumatına görə, bunu bu gün Almaniyanın sabiq kansleri Gerhard Şröder Antalyada 12-ci enerji sammitində deyib.

G.Şreder qeyd edib ki, Cənub Qaz Dəhlizinin buraxılış gücünün uzunmüddətli perspektivdə 31 milyard kubmetrədək artırılması ilə bağlı razılıq var, amma bu investisiyalar üçün bütün maraqlı tərəflərin iradəsi və səyləri tələb olunur.

"2020-ci ildən Azərbaycandan Avropaya təbii qazın nəqli üzrə böyük işlər görülüb. Boru xəttinin buraxılış gücünün artırılması Türkiyənin də enerji qovşağı qismində rolunun möhkəmləndirilməsi üçün böyük əhəmiyyət daşıyır" - deyə sabiq kansler vurğulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti