...

Azərbaycan qazının Avropaya ixracını artırmaq üçün əlavə investisiyalara ehtiyac var

Energetika Materials 7 Dekabr 2022 10:42 (UTC +04:00)
Azərbaycan qazının Avropaya ixracını artırmaq üçün əlavə investisiyalara ehtiyac var
Сирил Виддерсховен
Сирил Виддерсховен
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan qazının Avropaya ixracını artırmaq üçün əlavə investisiyalara ehtiyac var.

Bu barədə çərşənbə günü Trend-ə Hollandiyanın VEROCY konsaltinq şirkətinin həmsahibi, siyasi risklər və enerji məsələləri üzrə ekspert Siril Viddershoven deyib.

Onun fikrincə, mövcud potensialı nəzərə alaraq, Azərbaycanda qaz hasilatına daha çox sərmayə qoymaq lazımdır.

"Apstream-ə əlavə sərmayə qoyulmadan avropalıların artan tələbatını ödəmək mümkün deyil. Həmçinin Azərbaycandan Avropa İrttifaqına (Aİ) qaz kəmərləri şəbəkələrinin genişləndirilməsi məsələsini həll etmək lazımdır. Bundan əlavə, Aralıq dənizinə çıxışı olan üçüncü ölkələrdə mayeləşdirilmiş təbii qaz LNG ixrac terminallarını yaratmaq olar", - deyə ekspert bildirib.

O qeyd edib ki, Avropa hökumətləri müştəri deyil və əməliyyatı başa çatdırmaq səlahiyyəti yoxdur.

"Avropada müqavilələr bağlayan və imzalayan şirkətlərdir (özəl və ya dövlət). Ona görə də Uniper, ENI, Total, Shell və ya digər şirkətlərlə müqavilələr imzalanmalıdır. Uzunmüddətli müqavilələr lazımdır. Bəlkə də uzunmüddətli neft qiymətləri ilə qiymət indeksasiyası ən yaxşı seçim olardı. Çünki cari qiymətlər tələbin məhvinə gətirib çıxaracaq, ona görə də bu çox da yaxşı strateji seçim deyil”, - Viddershoven əlavə edib.

Ekspert hesab edir ki, Azərbaycan qazına çıxış üçün interkonnektorların yaradılması da vacibdir.

“Cənub-Şərqi Avropa hələ də çətinliklərlə üzləşir və Aİ-nin Rusiya nefti və neft məhsullarına tətbiq etdiyi sanksiyalarla tələbat daha da artacaq”, - deyə o əlavə edib.

Твиттер: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti