...

SOCAR innovasiya sahəsində beynəlxalq təcrübəni öyrənir - Zaur Qurbanov

Energetika Materials 13 Dekabr 2022 15:20 (UTC +04:00)
SOCAR innovasiya sahəsində beynəlxalq təcrübəni öyrənir - Zaur Qurbanov
Natavan Rzayeva
Natavan Rzayeva
Bütün xəbərlər

Bakı. Trend:

SOCAR innovasiya sahəsində beynəlxalq təcrübəni öyrənir və onun müəssisələrdə necə tətbiq oluna biləcəyini təhlil edir.

Trend-in məlumatına görə, bunu şirkətin vitse-prezidenti Zaur Qurbanov bu gün Bakıda keçirilən İnnovasiya Sammiti zamanı deyib.

"SOCAR-ın törəmə müəssisələri innovasiyalardan geniş istifadə edir. Məsələn, "SOCAR Türkiyə"nin emal fəaliyyəti çərçivəsində innovasiya mərkəzi var. O, hökumətlə sıx əməkdaşlıq edir, Türkiyə hökuməti və Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən bir çox layihələrdə iştirak edir", - deyə Qurbanov bildirib.

Onun sözlərinə görə, "SOCAR Türkiyə" şirkətin korporativ dəyərləri ilə əlaqədar olan innovativ xarakter daşıyacaq transformasiya proqramını uğurla həyata keçirir.

Proqram çərçivəsində artıq 600 innovativ ideya reallaşdırılıb. Qurbanov bildirib ki, bu, şirkətin ümumi fəaliyyətinə böyük təsir edib.

“İnnovasiyaların başqa nümunələri də var. O cümlədən İsveçrədə yaşıl hidrogen istehsalı və Gürcüstanda günəş panellərinin istifadəsini buna misal göstərmək olar”, - o əlavə edib.

Qurbanovun sözlərinə görə, son 15 ildə SOCAR biznesin coğrafiyasını genişləndirib və bunlar Türkiyə, Rumıniya, Gürcüstan, Ukrayna, İsveçrə kimi ölkələrdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti