...

TAP konsorsiumu metan tullantılarının azaldılması üzrə təşəbbüsə qoşulub

Energetika Materials 3 Fevral 2023 13:59 (UTC +04:00)
TAP konsorsiumu metan tullantılarının azaldılması üzrə təşəbbüsə qoşulub
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Trans-Adriatik boru kəməri (TAP) Konsorsiumu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatlılıq və neft-qaz fəaliyyətinin nəticələrinin yüngülləşdirilməsi üzrə flaqman layihəsi olan Neft, Qaz və Metan üzrə Tərəfdaşlıq layihəsinə (OGMP 2.0) qoşulub.

Trend bu barədə konsorsiuma istinadən xəbər verir.

Məlumata əsasən, bu könüllü təşəbbüs neft-qaz şirkətlərinə metan tullantılarının azaldılmasında dəstək verilməsinə yönəlib.

"OGMP 2.0 həm hesabatlılıq, həm də şəffaflıq və qabaqcıl təcrübə mübadiləsi hesabına tullantıların azaldılması baxımından optimal fəaliyyətin təşviqi üçün qlobal əsas formalaşdıran ciddi meyarlar tətbiq edir. Bu addım şirkətin 2050-ci ilədək karbon neytrallığına sadiqliyini gücləndirəcək. TAP 2025-ci ilədək OGMP 2.0-nin "Qızıl standart" statusunu əldə etmək niyyətindədir", - konsorsiumdan bildirilib.

Qeyd edək ki, Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan TAP vasitəsilə hər il İtaliyaya səkkiz milyard kubmetr, Yunanıstan və Bolqarıstanın hər birinə isə bir milyard kubmetr həcmində qaz nəql olunur.

31 dekabr 2020-ci ildə Azərbaycan qazının Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya nəqli başladılıb. Azərbaycan tarixdə ilk dəfə öz təbii qazını boru kəmərləri ilə Avropa bazarına çıxarıb. Dünyada təbii qazın ən iri idxalçısı olan Avropa bazarına birbaşa çıxışla Azərbaycan öz ixrac imkanlarını diversifikasiyalaşdırıb.

Tvitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti