...

Energetika naziri Azərbaycanın 2023-cü il üçün neft-qaz hasilatı planlarını açıqlayıb

Energetika Materials 22 Fevral 2023 11:21 (UTC +04:00)
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il Azərbaycanda 33,4 milyon ton neft və 47,2 milyard kubmetr qaz hasilatı planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə bu gün Azərbaycanın energetika naziri Pərviz Şahbazov “Ümummilli lider Heydər Əliyev Azərbaycanın müstəqil energetika siyasətinin müəllifidir” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, 24,5 milyard kubmetr qazın ixrac üçün ayrılacağı planlaşdırılır.

"Azərbaycanın yeni enerji layihələri ixrac edilən neft məhsullarının həcmini daha da artırmağa imkan verəcək. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində böyük potensiala malikdir və dəhlizin ötürücülük imkanlarının artırılması üzrə planlar reallaşdırılacaq", - o qeyd edib.

Xatırladaq ki, 2022-ci ilin yekunlarına görə, Azərbaycanda neft hasilatı 32,6 milyon ton olub (kondensatla birlikdə). İxracın payına 26 milyon tondan artıq neft düşüb ki, bu da 2021-ci ilin göstəricisindən dörd faiz və ya 1,09 milyon ton azdır. Bundan başqa, 2022-ci ildə Azərbaycanda hasil edilən 46,7 milyard kubmetr qazın 22,3 milyard kubmetri ixrac olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti