...

Karapınar Avropanın ən böyük günəş elektrik stansiyası olacaq

Energetika Materials 2 May 2023 12:30 (UTC +04:00)
Karapınar Avropanın ən böyük günəş elektrik stansiyası olacaq

Bakı. Trend:

Avropanın ən böyük günəş elektrik stansiyası olan, Türkiyədə yerləşən Kalyon Karapınar günəş elektrik stansiyasının bu gün rəsmi açılış mərasimi keçiriləcək.

Trend-in TurkicWorld-a istinadən məlumatına görə, ümumilikdə 2 min 600 futbol meydançası böyüklüyündə olan elektrik stansiyasında Kalyon PV-nin istehsal etdiyi 80 faiz yerli panellər yerləşir.

Qeyd edək ki, Avropanın ən böyük günəş elektrik stansiyalarından biri olan və dünyada az sayda olan Kalyon Karapınarın tikintisinə 2020-ci ilin yanvar ayında başlanılıb. Stansiya tam gücü ilə işə salındıqdan sonra Türkiyənin günəş enerjisi payını təkbaşına 20 faiz artıracağı gözlənilir.

Bərpa Olunan Enerji Resursları Sahələri (YEKA) çərçivəsində yaradılan layihədə ümumilikdə 3 milyon 256 min 38 günəş paneli istifadə edilib.

Bundan əlavə, 1 milyard dollarlıq sərmayə qoyulan zavodun maliyyələşdirilməsinə İngiltərənin ixrac kredit şirkəti də investisiya qoyub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti