...

Equinor Azərbaycandakı dövriyyədənkənar aktivləri barədə məlumatları paylaşıb

Energetika Materials 9 May 2023 09:28 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Norveçin "Equinor" şirkətinin Azərbaycandakı dövriyyədənkənar aktivləri 31 dekabr 2022-ci il tarixindəki 1,401 milyard dollarla müqayisədə 31 mart 2023-cü il tarixində 1,396 milyard dollar təşkil edib.

Trend bu barədə cümə axşamı şirkətə istinadən xəbər verir.

Beləliklə, şirkətin Azərbaycanda dövriyyədənkənar aktivləri 0,36 faiz azalıb.

"Equinor"un ümumi dövriyyədənkənar aktivləri 31 dekabr 2022-ci il tarixindəki 64,414 milyard dollarla müqayisədə 31 mart 2023-cü il tarixində 63,780 milyard dollar təşkil edib, ki bu da 0,98 faiz azalmadan xəbər verir.

Qeyd edək ki, Equinor Azərbaycanda 1992-ci ildə fəaliyyətə başlayıb. Şirkət "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokunun və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin səhmdarıdır.

30 may 2018-ci il tarixində Equinor və SOCAR arasında "Qarabağ" neft yatağı üzrə Saziş və Xəzər dənizində Əşrəfi-Dan ulduzu-Aypara (ƏDUA) sahəsində hasilatın pay bölgüsü haqqında Saziş imzalanıb. Equinor və SOCAR hər iki layihədə bərabər paylara malikdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti