...

Equinor "Azəri-Çıraq-Günəşli"də hasilatın həcmini açıqlayıb

Energetika Materials 8 May 2023 10:56 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın "Equinor" şirkətinin Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda 2023-cü ilin birinci rübündə orta gündəlik hasilatı 2022-ci ilin birinci rübündəki gündəlik 31 500 barel neft ekvivalenti ilə müqayisədə gündəlik 28 000 barel neft ekvivalenti olub.

Trend bu barədə şirkətə istinadən xəbər verir.

Beləliklə, şirkətin hasilatı illik hesablamada 11,11 faiz azalıb.

Qeyd edək ki, bu gün "Equinor" "Azəri-Çıraq-Günəşli" (AÇG) neft yataqları blokunun və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin səhmdarıdır.

Bundan başqa, 30 may 2018-ci il tarixində "Equinor" və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında "Qarabağ" neft yatağı və Əşrəfi-Dan ulduzu-Aypara (ƏDUA) perspektiv strukturu üzrə Saziş imzalanıb.

Equinor və SOCAR hər iki layihədə bərabər paylara malikdir. "Qarabağ" neft yatağı Bakıdan 120 km şərqdə, dayazsulu “Günəşli” yatağının yaxınlığında yerləşir. 2020-ci ilin mart ayında "Equinor" və SOCAR "Qarabağ" neft yatağında neftin aşkarlandığını təsdiqləyiblər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Twitter: @Lyaman_Zeyn

Məqalədə:
Xəbər lenti

Xəbər lenti