...

Azərbaycan və Özbəkistan BEM üçün komponentlər istehsal edən birgə müəssisə yarada bilər

Energetika Materials 8 Avqust 2023 14:55 (UTC +04:00)
Azərbaycan və Özbəkistan BEM üçün komponentlər istehsal edən birgə müəssisə yarada bilər
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Özbəkistan bərpa olunan enerji mənbələri (BEM) üçün komponentlər istehsal edən birgə müəssisə yarada bilərlər.

Trend xəbər verir ki, bunu Özbəkistan Prezidenti yanında Strateji və Regionlararası Araşdırmalar İnstitutunun şöbə müdiri Milana Bazarova "Özbəkistan və Azərbaycan: əməkdaşlığın yeni üfüqləri" mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, Özbəkistan və Azərbaycan bu istiqamətdə böyük perspektivlərə malikdir və bu təşəbbüs qoyulan məqsədlərin daha tez əldə olunmasına səbəb olacaq.

"Özbəkistan bərpa olunan enerji istehsalını yaxın zamanda 25 min meqavata çatdırmağı hədəfləyir. Belə ki, 2025-ci ildə 10 günəş və külək elektrik stansiyasının inşa olunacağı gözlənilir. 2026-cı ilədək üç min geqavatadək enerjinin hasil edilməsi planlaşdırılır, 2030-cu ilədək isə bu göstəricinin 8 geqavatadək çatdırılması nəzərdə tutulur", - deyə o əlavə edib.

M.Bazarovanın fikrincə, BEM sektoru həm Özbəkistan, həm də Azərbaycan üçün strateji inkişaf istiqaməti təşkil edir və bunu nəzərə alaraq, müvafiq komponentləri istehsal edən birgə müəssisə inşa etmək yerinə düşərdi.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti