Bakı. Trend:
Azərbaycanın “yaşıl enerji keçidi” planları kontekstində nüvə enerjisindən istifadə imkanlarının araşdırılması istiqamətində Energetika Nazirliyi ilə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Romada Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Mariano Grossi ilə məhsuldar görüşümüz oldu.
Azərbaycanın Yaşıl Enerji Keçidi planları kontekstində nüvə enerjisindən istifadə imkanlarının araşdırılması istiqamətində Energetika Nazirliyi ilə AEBA arasında əməkdaşlıq məsələlərini müzakirə etdik.
Həmçinin COP29 çərçivəsində “Aşağı Karbon Texnologiyalarının, o cümlədən Nüvə Enerjisinin Maliyyələşdirilməsi” tədbirinin keçirilməsinə dair fikirlərimizi bölüşdük”, - deyə paylaşımda qeyd olunub.