...

BP ŞİRKƏTİ: BTC DÜNYADA NEFTƏ ARTAN TƏLƏBATIN TƏMİN OLUNMASIATINDA MÜHÜM ROL OYNAYIR

Energetika Materials 13 İyul 2005 13:57 (UTC +04:00)

Yaxın bir neçə il ərzində düyna bazarında neftin bir barelinin qiyməti 30-40 dollardan aşağı düşməyəcək. Bu barədə Bakıda jurnalistlərə şirkətin makroiqtisadiyyat şöbəsinin rəhbəri Mark Hendric məlumat verib.

Onun sözlərinə görə, 2004-cü ilin yekunlarına görə dünya bazarında neftin bir barelinin orta qiyməti 38 dollar təşkil edib. "Əsasən, neftin qiymətindəki artım bir çox ölkələrdə enerji daşıyıcılarına artan tələbatı və iqtisadiyyatın çox inkişafı ilə bağlıdır", - deyə o bildirib.

BP-nin məlumatına görə, bu günki hesablamalar göstərir ki, dünyada neft ehtiyatlarının hazırki hasilatı yaxın 40 il, qaz 67 il, kömür 164 il ərzində bəs edəcək. "Dünyada bütün enerjidaşıyıcıları arasında neftə olan tələbat 40% təşkil edir ki, bu da faktiki olaraq inhisardır və bu gün bu cür inhisarın mövcudluğunun azalacağı barədə qabaqcadan heç nə demək olmaz", - deyə o qeyd edib.

Cələcəkdə Azərbaycandan neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri vasitəsilə nəql olunmasına toxunan M.Henstric bildirib ki, BTC vasitəsilə nəql olunacaq neftin payı dünyada ümumilikdə xammala olan tələbatı ödənilməsi üçün az olacaq, lakin neftə olan tələbatın artmasında bu layihə böyük rol oynayacaq. Şirkətin nümayəndəsinin sözlərinə görə, Çindən sonra bu gün dünyada ən sürətlə inkişaf edən bazar Hindistandır".

BP-nin hazırladığı hesabata görə, Azərbaycanda sübut olunmuş neft ehtiyatları 2004-cü ilin sonlarında 1 milyard ton və ya 7 milyard barel təşkil edib ki, bu da dünyada sübut olunmuş neft ehtiyatlarının 0,6%-ni təşkil edir.

BP Xəzərin Azərbaycan sektorunda ən iri neft-qaz operatorudur. O həmçinin dənizdəki "Azəri-Çıraq-Güşənli" neft yatağı blokunu və qaz kondensatlı "Şahdəniz" yatağında hasilat işləri aparır.

BP-nin sənədlərinə görə, Azərbaycanda 2004-cü ilin sonnuda sübut edilmiş qaz ehtiyatları 1,37 trilyon kubmetr təşkil edib ki, bu da dünyanın bütün yanacaq ehtiyatının 0,8%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti