...

NAXÇIVANIN QAZ TƏCHİZATININ BƏRPASI LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ 39,1 MİLYRN DOLLAR VƏSAİT XƏRCLƏNİB

Energetika Materials 6 Sentyabr 2005 16:01 (UTC +04:00)

İndiyə kimi Naxçıvan Muxtar Respublikasının (NMR) qazla təchizatının bərpası layihəsi çərçivəsində 180 milyard manat (39,1 milyon dollar) vəsait xərclənib. Bu barədə sentyabrın 6-da Azəriqaz Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Nazim Səmədzadə Trend ə bildirib.

Onun sözlərinə görə, ümumilikdə layihənin reallaşdırılması üçün 260 milyard manat (56,5 milyon dollar) vəsait xərclənməli idi. "Bu məqsədlə dövlət büdcəsindən nəzərdə tutulmuş 114 milyard manatın əvəzinə 83 milyard manat ayrılıb. Vəsaitin qalan hissəsi QSC tərəfindən verilib ", - deyə o bildirib.

N.Səmədzadə bildirib ki, idarə İran qazının oktyabrda NMR-a verilməsi üçün işlər aparır. "Uzunluğu 4 km, təzyiqi 55 atmosfer olan Naxçıvan-Culfa magistral qaz kəmərinin tikintisi başa çatıb. Həmçinin , Naxçıvanın 7 rayonundan 6-da xətt istismara hazırdır.

Babək rayonunda bu işlər başa çatıb. İlk dəfə Azərbaycanda NMR-da qaz xəttlərinin tikintisində polietilen borulardan istifadə olunur ki, onun tikintisini Rusiyanın "Stroitel" şirkəti həyata keçirir " - deyə o bildirib.

QSC-in sədr müavinin sözlərinə görə, hazırda 8 mindən artıq abonent qazı qəbul etməyə hazırdır. İdarə şəxsi evlərin qazla təchizatına başlayıb. İlin sonuna kimi 14-15 min abonentin qazla nəzərdə tutulması nəzərdə tutulub. Bu işlərin 2-ci mərhələsinin reallaşdırılması nəzərdən keçirilir və 2007-ci ilin sonuna kimi Naxçıvan qazla tam təmin olunacaq.

Araz çayının altından keçən və İranın və NMR-nın qaz xəttlərinin birləşdirən qaz kəmərinə gəldikdə isə N.Səmədzadə burada işlərin artıq başlandığını bildirib. Ümumi uzunluğu 350 metr olan borunun 100 metri artıq qaynaq edilib.

" Azərbaycan tərəfində problemlər mövcud deyil və işlər sentyabrın ortalarına kimi başa çatacaq. Lakin İran hələ öz ərazisindən 130 metrlik qaz xəttinin tikintisi üçün razılıq sənədini təqdim etməyib. Müqaviləyə əsasən bu işləri QSC həyata keçirməlidir " - deyə o məlumat verib.

Xəbər lenti

Xəbər lenti