...

AZƏRİQAZ QSC AZƏRBAYCAN QAZININ İRANA TƏDARÜKÜ ÜÇÜN QAZ OBYEKTLƏRİNİN SAZLANMASINI HƏYATA KEÇİRİR

Energetika Materials 27 Sentyabr 2005 10:50 (UTC +04:00)

Azəriqaz QSC Azərbaycan qazının İrana tədarükü üçün Naxçıvan Muxtar Respublikasının qazla təminatını bərpası layihəsi çərçivəsində qaz obyektlərinin sazlanmasını həyata keçirir. Bu barədə Trend ə Azəriqaz QSC-də xəbər verilib.

"Qazın sentyabrın 25-nə kimi tədarükü planlaşdırılırdı. Lakin sazlama işləri bu prosesi bir qədər təxirə salıb. İrana qaz yaxın günlərdə tədarük olunacaq", - deyə Azəriqazda bildirilib.

Qazın tədarükü üçün Azərbaycan-İran sərhədində Astara şəhəri yaxınlığında Qaz-Kompressor stansiyası tikilib. Stansiya 2005-ci il sentyabrın 8-də açılıb və onun açılış mərasimində prezident İlham Əliyev də iştirak edib. İranla bağlanmış müqaviləyə görə, Azərbaycan 55 atmosfer təzyiqli qaz tədarük etməlidir.

QKS-in inşası Sumsk maşınqayırma EİB (Ukrayna) tərəfindən həyata keçirilir. Müqavilənin dəyəri 80 mlrd manatdır (Milli Bankın 26.09.2005-ci il tarixinə olan məzənnəsi üzrə $17,5 mln).

Xəbər lenti

Xəbər lenti