...

BİR SIRA AMİLLƏR AZƏRBAYCANIN REGİONLARINDA BAYVA-ENERJİNİN FƏALİYYƏTİNƏ MANEÇİLİK TÖRƏDİR

Energetika Materials 27 Sentyabr 2005 12:10 (UTC +04:00)

"Bayva-Qərbenerji" və "Bayva-Cənubenerji" enerji paylayıcı şəbəkələrinin operatoru olan Bayva-Enerji şirkəti fəaliyyətə başladığı 1 oktyabr 2002-ci il tarixindən etibarən Azərbaycanın regionlarında müxtəlif gücə malik 335-dən artıq yarımstansiya, ümumi gücü 201 MBA olan 654-dən artıq transformator quraşdırılıb, EÖX təxminən 392 km uzadılıb, 5157 km isə təmir olunub. Bu barədə Trend ə şirkətdən bildirilib.

"Lakin işimizə mane olan bir sıra amillər mövcüddür. Bizə özəlləşdirilmiş enerji obyektlərinin icarəsi ilə bağlı müqavilələr bağlamaq təklif olunur. Regionlarda bizim minlərlə belə obyektlərimiz fəaliyyət göstərir. Bu, əhalinin enerji ilə təmin olunmasında və şirkətin maliyyə vəziyyətində ciddi problemlər yaradacaq", - deyə şirkətdən bildirilib.

Xəbər lenti

Xəbər lenti