...

Astarada modul elektrik stansiyası ildə 700 min kVt –dək elektrik enerjisi hasil edəcək

Energetika Materials 13 Fevral 2006 15:53 (UTC +04:00)

Fevralın 3-də Astarada istismara verilmiş təxminən 90 MVt gücündə modul elektrik stansiyası hər il 700 min kVt-dək elektrik enerjisi hasil etmək qabiliyyətindədir. Bu, Astara, Lənkəran, Lerik, Yardımlı və Masallı rayonlarının elektrik enerjisinə olan tələbatını təmin etməyə imkan verəcək. Trend in xəbər verdiyi kimi, bu barədə "Azərenerji"nin mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumatda qeyd olunur ki, Azərbaycanda modul stansiyalarının inşası üzrə baş podratçı Wartsila Helsinkidə xüsusi mətbuat konfransı keçirəcək, konfransda yerli və Finlandiya XİN-də akkreditasiyadan keçmiş xarici jurnalistlərə Azərbaycanda birinci modul elektrik stansiyasının inşası və bu prosesin həyata keçirilmə tempi haqqında ətraflı məlumat veriləcək. Azərbaycanda elektrik stansiyası çox qısa müddətə inşa edilib.

Hazırda şirkət Şəki və Xaçmaz rayonlarında analoji elektrik stansiyalarının inşasını həyata keçirir.

Xəbər lenti

Xəbər lenti