...

Azneftkimyamaş 2,8 milyon manatlıq məhsul satıb

Energetika Materials 17 Aprel 2006 13:50 (UTC +04:00)

2006-cı ilin yanvar -mart aylarında Azneftkimyamaş ASC 2,8 mln. manatlıq məhsul reallaşdırıb. ASC-dən Trend ə verilən məlumata görə, bu müddət ərzində məhsulun ixracı 70% -dən çox olub. Məhsulun əsas hissəsi daxili bazarda, əsas etibarilə, ARDNŞ-də reallaşdırılıb.

Azneftkimyamash ASC 2001-ci il martın 22-də respublika prezidentinin 2001-ci il 22 mart tarixli sərəncamı ilə Azneftkimyamaş DŞ-nin bazasında yaradılıb.

ASC-dən bildirilib ki, bu müddət ərzində xüsusilə ən yüksək göstərici Səttarxan adına maşınqayırma zavodunda -300 min manat, Baki fəhləsi -511,2 min manat, Sabunçu EİB-də 305 min manat, Bakı maşınqayırma zavodunda - 200 min manat və s. əldə olunub.

Məhsul Rusiya (230 min manatlıq), Qazaxıstan (200 min manatdan artıq) və Ukrayna (130 min manatlıq) kimi ölkələrə ixrac olunub.

Bu dövrdə müəssisələr üzrə istehsalın həcmi 4,4 mln. manat təşkil edib ki, bu da 20065-ci ilin analoji dövründəkindən 3,4% çoxdur.

Azərbaycan Milli Bankının məlumatına görə, 17.04.2006-cı ildə 1 ABŞ dollarının manata nisbətdə kursu 0,9050 AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti