Vergilər Nazirliyi Baş Prokurorluqla birgə Barmek Azerbaijan enerji paylaşdırıcı şirkətində yoxlamaları davam edir. Bu yoxlamalar nəticəsində şirkətin hesablarına yenidən həbs qoyula bilər. Bu barədə Trend agentliyinin məlumatına əsasən, Vergilər Nazirliyinin İri vergi ödəyiciləri və xüsusi vergi sisteminə malik müəssisələrlə iş üzrə departamentinin rəisi Sahir Məmmədxanov deyib.
Nazirlik dondurulmuş hesablardan vergi börcunu çıxardıqdan sonra hesabları açıb. Hazırda şirkətin vergi ödənişləri artıb. Bu onunla izah olunur ki, əvvəllər şirkət əhaliyə verilən elektrik enerjisindən vergi ödəyirdi, indi isə "Azərenerji" SC-dən aldığı enerjidən ödəyir. Nazirlikdən verilən məlumata əsasən, hazırda şirkətin vergi borcu yoxdur.
Nazirliklə şirkət arasında 16 mlrd. manat həcmində vəsaitin ödənişi ilə bağlı məhkəmə çəkişməsi davam edir. Hazırda iddiaya Apellyasiya məhkəməsi tərəfindən baxılır. Növbəti iclas mayın 24-də keçiriləcək.