...

Gürcüstan Azərbaycana olan köhnə borcundan təxminən 17 mln. kVt elektrik enerjisi qaytarıb

Energetika Materials 1 İyun 2006 17:27 (UTC +04:00)

Gürcüstan tərəfi Azərbaycanın bu ilin yayında tədarük etdiyi elektrik enerji borcunu qaytarmağı təklif edib. Ancaq Azərbaycan tərəfi borcu elektrik enerjisinə tələbatın artdığı qış aylarında almaq niyyətindədir. Bu barədə Trend ə "Azərenerji" SC-nin baş mühəndisi Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Gürcüstan tərəfi 35 mln kVt həcmində ümumi borcdan artıq təxminən 17 mln. kVt elektrik enerjisi qaytarıb. Yerdə qalan 15 mln. kVt enerji isə gələcəkdə qaytarılacaq.

2006-cı il yanvarın 22-dən 31-dək Azərbaycanın Gürcüstana tədarük etdiyi 4,138 mln kVt elektrik enerjisi artıq qaytarılıb.

32 mln. kVt həcmində enerji borcu keçən əsrin 90-cı illərinin əvvəllərində əmələ gəlib.

Xəbər lenti

Xəbər lenti