...

Türkiyə BTC neft kəmərinin mühafizəsini təmin etmək üçün təhlükəsizlik tədbirlərini gücləndirir

Energetika Materials 1 İyun 2006 19:41 (UTC +04:00)

Türkiyə BTC neft kəmərinin mühafizəsini təmin etmək üçün təhlükəsizlik tədbirlərini gücləndirir. Azərbaycandan gətirilən ilk neft partiyası Aralıq dənizi limanına mayın 28-də çatıb. Neftin tankerlərə yüklənməsi iyunun 4-də başlayacaq.

Trend agentliyinin "İTAR-TASS"a istinadən yaydığı məlumata əsasən, iyunun 1-də Türkiyənin energetika və təbii ehtiyatlar naziri Hilmi Güler neft kəmərinin təhlükəsizliyi məsələsini Botas şirkətinin rəhbərləri, eləcə də xüsusi xidmət, polis və sahil mühafizə əməkdaşları ilə müzakirə edib.

"Bu gündən etibarən neft oğurlamaq, xüsusən, kəməri partladmaq cəhdlərinin qarşısının alınması üçün daha sərt tədbirlərin görülməsi lazımdır" -deyə H.Güler vurğulayıb.

Təhlükəsizliyin təminatı proqramına kəmər boyunca polist postlarının artırılması və çevik polis dəstələrinin yaradılması daxildir.

Ötən həftə kürd yaraqlıları Şərqi Türkiyədə qaz kəmərinin bir hissəsini partladaraq ölkəyə 370 min dollar həcmində ziyan vurub.

Əvvəllər məlumat verildiyi kimi, ildə 50 mln ton nəql etmə qabiliyyətinə malik 1 768 km-lik magistralın istismara verilmə mərasimi iyulun 13-nə təyin olunub.

Xəbər lenti

Xəbər lenti