Türkiyənin enerji sektorunda məşğul olan bu ölkənin bir sıra iri şirkətləri Bakı-Tiflis-Ceyhan boru kəməri ilə limana çatdırılan Azərbaycan neftinin emalı imkanlarını nəzərdən keçirir. BTC Co-ya yaxın mənbələrdən Trend ə verilən məlumata görə, BTC layihəsi üzrə ildə 50 mln ton neftin nəqlinə başlandıqda Türkiyə 20 mln tonadək neft alaraq öz NEZ bazasında emal edə biləcək.
"Bu, Türkiyə sahibkarlarına açıq rəngli neft məhsullarının istehsalına imkan verəcək, daha ucuz və keyfiyyətli neft almağa şərait yaradacaq", - deyə mənbədən qeyd olunub.
Qeyd edək ki, Türkiyənin Çalık Grubu İndian Oil Company (İOK) ilə birgə Ceyhanda sutkada 200 min ton barel neft emalı gücünə malik NEZ-in inşası imkanlarını nəzərdən keçirir. Layihənin ilkin dəyəri $2 mlrd həcmində qiymətləndirilir.