...

Enerji daşıyıcıları Azərbaycan-Polşa əməkdaşlığının əsas istiqamətidir

Energetika Materials 13 İyun 2006 19:58 (UTC +04:00)

Azərbaycan-Polşa əməkdaşlığının əsas istiqaməti enerji daşıyıcıları sahəsidir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, Polşa Seyminin Avropa Birliyi üzrə komissiyasının sədri və Seymlə Senatın AŞPA-dakı nümayəndə heyətinin sədri Karel Karski iyunun 13-da Bakıda keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, Milli Məclisin spikeri Oqtay Əsədovla görüş zamanı Azərbaycan tərəfi Odessa-Brodı-Qdansk boru kəməri layihəsinin gerçəkləşdirilməsində maraqlı olduğunu bildirib.

Onun dedikdərinə görə, bu gün iki ölkənin mal dövriyyəsi ildə təxminən 50 milyon dollar təşkil edir ki, bu da kifayət qədər deyil. "Biz iqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin qurulmasını istəyirik" - deyə o bildirib. K.Karski şirkətlər səviyyəsində əməkdaşlıq əlaqələrinin qurulması vacibliyinı vurğulayıb.

"İnanıram ki, mənim hazırkı səfərim həm dövlətlərarası, həm də parlamentlərarası ikitərəfli əlaqələrə yeni təkan verəcək" - deyə Polşa parlamentarisi əlavə edib.

Xəbər lenti

Xəbər lenti