...

Türkiyə XİN: "Qazaxıstanın BTC layihəsində iştirakı Avropada enerji təhlükəsizliyinə töhfə verəcək"

Energetika Materials 17 İyun 2006 12:19 (UTC +04:00)

Türkiyənin Xarici İşlər Nazirliyi Qazaxıstanın Bakı-Tiflis-Ceyhan limanına qoşulmasına dair yazılı bəyanat yayıb. Bu barədə Trend Türkiyə KİV-nə istinadən xəbər verir.

Sənəddə bildirilir ki, "Türkiyə Astananın BTC-yə qoşulmasına dair qərarını razılıqla qarşılayıb". "BTC neft kəməri Şərq-Qərb enerji dəhlizinin mühüm tərkib hissəsidir. Türkiyə Almatıda Qazaxıstanın bu layihəyə qoşulmasına dair sazişin imzalanması faktını razılıqla qarşılayıb. BTC-nin istismara verilməsi böyük uğurdur, Qazaxıstanın bu layihəyə qoşulması isə Şərq-Qərb enerji dəhlizi çərçivəsində əməkdaşlığı gücləndirməyə və genişləndirməyə, o cümlədən bu region xalqlarının rifahını yaxşılaşdırmağa imkan verəcək.

BTC Azərbaycan və Qazaxıstanı Qərblə birləşdirən körpü və regional əməkdaşlığın konkret nümunəsidir. Qazaxıstanın BTC layihəsində iştirakı Avropada enerji və Qərb bazarlarında enerji daşıyıcıları təkliflərinin təhlükəsizliyinə töhfə verəcək, o cümlədən Bosfor və Dardanel boğazlarının yüklənməsini azaltmağa şərait yaradacaq.

Xəbər lenti

Xəbər lenti