...

Azərbaycan neftinin qiyməti yeni rekord göstəriciyə çatıb

Energetika Materials 8 İyul 2006 13:36 (UTC +04:00)

İyulun 7-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $73,16 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,07 artıb). Neft Ceyhan limanına BTC boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 7-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $74,44 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,09 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 7-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $68,49 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,06 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

İyulun 7-də bir barel DTD neftinin qiyməti $74,22 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,06 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti