...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 12 İyul 2006 13:10 (UTC +04:00)

İyulun 11-də bir barel AZERI LT FOB Ceyhan neftinin qiyməti $72,18 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,79 artıb). Neft Ceyhan limanına BTC boru kəməri ilə çatdırılır.

Trend in xəbər verdiyi kimi, iyulun 11-də bir barel AZERI LT CIF Augusta neftinin qiyməti $73,45 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,82 artıb). Azeri Light neftinin sıxlığı API üzrə 34,6 dərəcə, kükürdün həcmi isə 0,14% təşkil edir.

İyulun 11-də bir barel URAL (EX-NOIO) neftinin qiyməti $68,05 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $1,14 artıb). URAL neftinin sıxlığı API üzrə 30,4-31,85 dərəcə, kükürdün həcmi isə 1,8% təşkil edir.

İyulun 11-də bir barel DTD neftinin qiyməti $73,18 təşkil edib (əvvəlki qiymətlə müqayisədə $0,79 artıb). DTD neftinin sıxlığı API üzrə 38,3 dərəcə, kükürdün həcmi isə 0,36% təşkil edir.

Xəbər lenti

Xəbər lenti