...

Necdət Pamir: "16 ildən sonra BTC neft kəməri Türkiyə iqtisadiyyatına güclü təkan verəcək"

Energetika Materials 17 İyul 2006 12:28 (UTC +04:00)

"16 ildən sonra Bakı-Tiflis-Ceyhan (BTC) neft kəməri Türkiyə iqtisadiyyatına güclü təkan verəcək". Trend in xüsusi müxbirinin xəbər verdiyi kimi, beynəlxalq energetika problemləri üzrə tanınmış türkiyəli mütəxəssis Necdət Pamir bu fikirdədir.

Onun fikrincə, layihə 40 il ərzində qüvvədə olacaq və ilk 16 illik mərhələdən sonra Türkiyənin iqtisadi inkişafına əsas təkan veriləcək. Onun sözlərinə görə, 24 illik 2-ci mərhələ ən faydalı dövr olacaq.

Burada Qazaxıstanın neft kəmərinə qorşulması mühüm rol oynayacaq. Bu, Türkiyənin layihədən əldə etdiyi neft faizini artırmağa imkan verəcək. Bundan başqa İstanbulun ekologiyası üçün təhlükəli olan, tankerlərlə həyata keçirilən neft axını da 25% azalacaq.

N.Pamir layihənin müsbət tərəfləri ilə yanaşı, ölkə üçün BTC ilə bağlı mümkün təhlükələrə də toxunub. O, xüsusilə dünyanın qloballaşma mərkəzlərinin Türkiyəyə diqqətinin artmasını və onların regiondakı hadisələrə müdaxilə etməklə bağlı mümkün istəyini qeyd edib. Digər tərəfdən isə, layihənin gerçəkləşdirilməsindən maraqları "zərər çəkmiş" ölkələrin təzyiqini də gözləmək lazımdır.

Xəbər lenti

Xəbər lenti