...

BP "Çıraq"da yeni quyu qazmaq niyyətindədir

Energetika Materials 21 İyul 2006 19:25 (UTC +04:00)

Hazırda Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Çıraq" yatağında yan lüləli üç quyunun (iki hasil edən və bir vurucu quyu) qazılma proqramını həyata keçirir. Trend in xəbər verdiyi kimi, ABƏŞ həmçinin PPO tipli suvurma quyusu olacaq A21 quyusunu qazmazdan əvvəl nəzarət və müdaxilə üzrə (geniş əhatə radiusu ilə) iş görür. Qazıntı 2006-cı ilin əvvəlində başlanmalıdır.

"Mərkəzi Azəri" yatağında hazırda ikinci quyu qazılır. İyulun sonuna qədər onun layihə dərinliyinə çatdırılması planlaşdırılır. Bu il həmçinin "MA" platformasında üç quyunun qazılması planlaşdırılıb. Bütün quyular hasilat quyusu olacaq.

"Qərbi "Azəri"də ikinci quyunun qazıntısına başlanıb. Bu, hasilat quyusudur və onun sentyabrda tamamlanması planlaşdırılır. "QA" platformasında həmçinin bu il daha bir hasilat quyusunun qazıntısı və dördüncü vurucu quyunun qazıntısı planlaşdırılıb.

"Dərin sulardakı Günəşli" yatağında qazıntıdan əvvəlki proqram zamanı "Dədə Qorqud" qazma qurğusundan istifadə olunub. Bu qurğu hazırda gəmi təmiri zavodundadır. Beş ildən bir o, bu zavodda təmir olunur. Təmir zamanı yaşayış bloku müasirləşdirilir və Xəzərdəki BP standartları ilə uyğunlaşdırılır.

Qazma qurğusunun təmir və təkmilləşdirmə proqramı bu ilin avqust ayının əvvəlinə qədər davam edəcək. Bundan sonra o, mühəndis-texniki təminat və yaşayış blokları ilə birgə qazıntı üçün platformaya qaytarılacaq.

"Dərin sulardakı Günəşli" qazma qabaqlayıcı proqrama səkkiz quyu daxildir. Bunlardan yeddisi layın tavanına qədər qazılmış hasilat quyusudur, biri isə qazma şlamının təkrar vurulması üçün istismar ediləcək.

Platformanın istinad sallarından qazılmış qabaqlayıcı quyulardan başqa, "DSG" proqramında həmçinin suyun vurulması üçün "Dədə Qorqud" qurğusunda qazılacaq altı sualtı quyunun qazıntısı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti