...

Aktau limanı birinci yarımil üzrə yekunları açıqlayıb

Energetika Materials 9 Avqust 2006 20:19 (UTC +04:00)

2006-cı ilin yanvar-iyun aylarında Aktau Beynəlxalq Dəniz Ticarət Limanının gəlirlərinin həcmi 3030,3 mln. tenge təşkil edib. Bu barədə hökumətin bülletenin xüsusi buraxılışında bildirilir.

Trend in xüsusi müxbiri xəbər verir ki, bu müddətdə cəmi 2709, 8 min ton yük emal olunub ki, bu da 2005-ci ilin müvafiq göstəricisinin 94, 6%-ni təşkil edir. Bunun 1900, 5 min tonu neft məhsulları, 639, 7 min tonu - quru yüklər, o cümlədən 557, 5 min ton - metal, 169, 6 min ton - bərə daşınmalarının payına düşür.

Xəbər lenti

Xəbər lenti