...

2006-cı ilin sonunadək Azərbaycan Dövlət Neft Şirkəti mühasibat uçotunun beynəlxalq standartlarına keçmək üçün tədbir görəcək

Energetika Materials 11 Sentyabr 2006 17:12 (UTC +04:00)

1 iyul 2007-ci ildən etibarən Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) mühasibat uçotunun beynəlxalq standartlarına keçməlidir. Trend xəbər verir ki, ARDNŞ-in 2005-ci il üzrə hesabatında qeyd olunub ki, Azərbaycanın Maliyyə Nazirliyi ilə razılaşdırılmış iş planına əsasən, 2006-cı ilin sonunadək ARDNŞ mühasibat uçotunun beynəlxalq standartlarının tətbiqi çərçivəsində uçot sistemini qiymətləndirməli, yeni standartların tətbiqi çərçivəsində uçot siyasətini hazırlamalı, buna müvafiq iş hesabatlarının planını hazırlamalı və onların əsasında hesabat reyestrləri yaratmalı, iş hesablarının planı əsasında "Hesabdarlıq üzrə göstəricilər"i, həmçinin maliyyə hesabatlarının hazırlanması üzrə təlimatı hazırlamalıdır.

Bütün işlər mürəkkəb olduğundan məsləhətçi qismində beynəlxalq təcrübəyə malik şirkətin cəlb olunması haqqında qərar qəbul olunub. Tender elan olunub və tenderdə Ernst&Young", "Deloitte&Touche", "KPMC" və "PricewaterhouseCoopers" şirkətləri iştirak edib. Müsabiqənin nəticələrinə görə "PricewaterhouseCoopers" şirkəti qalib gəlib. ARDNŞ və məsləhətçi arasında göstərilən işlərin yerinə yetirilməsi üzrə müqavilə imzalanıb.

Hazırda mühasibat uçotunun beynəlxalq standartlarına müvafiq Maliyyə Nazirliyi tərəfindən hazırlanmış beynəlxalq hesabatın milli standartlarına müvafiq mühasibat uçotu sahəsində Dövlət Neft Şirkətinin əməkdaşları üçün treninqlər keçirilir.

Nazirlər Kabinetinin təsdiq etdiyi siyahı üzrə 20 ictimai əhəmiyyətli təşkilat 1 yanvar 2008-ci ilə qədər maliyyə hesabatının beynəlxalq standartlarına əsasən mühasibat uçotunu aparmalı və maliyyə hesabatını təqdim etməlidir. Onların arasında ARDNŞ, "Azərenerji", "Barmek-Azərbaycan", "Azərsel" BM, ARDNŞ-in neft kəmərləri, marketinq və iqtisadi əməliyyatlar üzrə idarələri, "Azneft" İB, H.Əliyev adına və "Azneftyağ" neft emalı zavodları, ADDY, Bakmetropoliten, "AzAL" DK və onun Milli Aviasiya Şirkəti, Xəzər dəniz gəmiçiliyi, "Azəriqaz", "Azəriqaznəql", "Azərsu", "Aztelekom" İB, "Azərkimya" DK və onun tərkibinə daxil olan etilen-polietilen zavodu var.

Xəbər lenti

Xəbər lenti