Gürcüstan tərəfi İnquri SES-də yaranmış problemlərlə əlaqədar olaraq Azərbaycanın tədarük etdiyi elektrik enerji borcunu qaytarmağı müvəqqəti olaraq dayandırıb. Bu barədə Trend ə "Azərenerji" Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərov bildirib.
Onun sözlərinə görə, bugünədək qalmış borc 10 mln kVt/s elektrik enerjisi həcmində qiymətləndirilir. Bu borc Gürcüstanın enerji obyektlərindəki problemlər aradan qaldırıldıqdan sonra qaytarılacaq.
Gürcüstan tərəfi Azərbaycana olan 20 mln kVt/s elektrik enerji borcundan təxminən 10 mln kVt/s elektrik enerjisi qaytarıb. Bu borc 1990-cı illərdə Gürcüstana elektrik enerjisinin tədarükü zamanı əmələ gəlib. Gürcüstanın Azərbaycana təxminən 32 mln kVt/s elektrik enerji həcmində ümumi borcu olub.
Ölkələr arasında fövqəladə hallarda energetika idarələrinin əməkdaşlığı haqqında yeni razılaşmalar var.