...

Azərbaycanda qazıntı üçün boruların alınması 10% artıb

Energetika Materials 16 Oktyabr 2006 15:17 (UTC +04:00)

2006-cı ilin yanvar-avqust aylarında Azərbaycan quru və dəniz yataqlarında əməliyyatlar aparmaq üçün 99306,3 ton müxtəlif metal borular idxal edib, bu isə 2005-ci ilin yanvar-avqust aylarından 2,4% azdır. Dövlət Statistika Komitəsindən Trend ə verilən xəbərə görə, göstərilən dövr ərzində 122884,7 min ABŞ dolları məbləğində boru idxal olunub və bu, 2005-ci ilin analoji dövründən 19,2% çoxdur.

Azərbaycanda neft-qaz əməliyyatları ilə ARDNŞ, PSA tipli müqavilələr üzrə xarici şirkətlər və xarici kapitalın iştirakı ilə ARDNŞ BM məşğul olur.

Dövlət Statistika Komitəsindən bildiriblər ki, neft-qaz kəmərləri üçün boru idxalının payına 2006-cı ilin yanvar-avqust ayları ərzində 23663,3 ton düşüb, bu isə 2005-ci ilin analoji dövründən 53,6% azdır. Bu ilin yanvar-avqust ayları ərzində 43251,8 min ABŞ dolları həcmində neft-qaz kəmərləri idxal olunub və bu, 2005-ci ilin yanvar-avqust aylarından 16,4% azdır.

Dövlət Statistika Komitəsindən həmçinin bildiriblər ki, 2006-cı ilin yanvar-avqust ayları ərzində 24052,4 ton qazma borusu alınıb, bu isə 2005-ci ilin analoji dövründən 10,4% çoxdur. Bu məhsulun ümumi idxal qiyməti 37062,9 min ABŞ dolları təşkil edib və bu, 2005-ci ildəkindən 24% çoxdur.

Xəbər lenti

Xəbər lenti