...

Karasu Operating Company-nin qazma qurğusu qəzadan sonra işləri bərpa edib

Energetika Materials 6 Noyabr 2006 16:16 (UTC +04:00)

Karasu Operating Company əməliyyat şirkətinin qazma podratçısı Momentum şirkəti qəzanın baş verdiyi qazma qurğusunu bərpa edib və qurğu yenə də müqavilə sahəsində quyuların qazılmasına cəlb olunub. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

ƏŞ-dən bildirilib ki, hazırda qurğu "Mişovdağ" yatağında quyu qazır. Quyunun layihə dərinliyi 1,5 min metr təşkil edir. Quyu istismar quyusu kimi nəzərdə tutulur.

Karasu Operating Company ƏŞ (KAOC) "Mişovdağ" və "Kəlaməddin" yataqlarını işləyir. Bu yataqların işlənməsi, reabilitasiyası və kəşfiyyatı haqqında müqavilə 19 sentyabr 2000-ci ildə imzalanıb və 25 oktyabr 2000-ci ildə ratifikasiya edilib. Kanadanın Nations Energy şirkəti 85% iştirak payına malikdir. Yerdə qalan 15% isə ARDNŞ-ə məxsusdur.

Xəbər lenti

Xəbər lenti