...

BP Azerbaijan "Şahdəniz" yatağında qaz hasilatını dayandırıb

Energetika Materials 14 Noyabr 2006 17:05 (UTC +04:00)

BP Azerbaijan texniki işlər görüldüyündən "Şahdəniz" yatağında ilk istismar quyusundan qaz hasilatını dayandırıb. Azərbaycan Sənaye və Energetika Nazirliyindən Trend ə verilən məlumata görə, qaz hasilatı noyabrın 17-də bərpa olunacaq.

Quyuda hasilat bərpa olunduqdan sonra qaz yenə də Cənubi Qafqaz qaz kəmərinin (SCP) təzyiq altında sınanması üçün istifadə olunmuş yanacağa görə Azərbaycana borcun qaytarılmasına yönəldiləcək. "Borunun təzyiq altında sınanması üçün nəzərdə tutulan təxmini qaz həcmi 40 mln. kubmetr təşkil edib", - deyə nazirliyin nümayəndəsi bildirib.

İlin sonunadək yataqda qabaqlayıcı qazıntı proqramı çərçivəsində qazılmış iki quyu istismara veriləcək.

Xəbər lenti

Xəbər lenti