...

Azərbaycan butan-butilen fraksiyasının istehsalını xeyli artırıb

Energetika Materials 15 Noyabr 2006 16:00 (UTC +04:00)

Oktyabrda Heydər Əliyev adına Neft Emalı zavodu (keçmiş "Azneftyanacaq") 15,54 min ton butan-butilen fraksiyası istehsal edib. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Bu göstərici proqnozdan 53,9%, yəni 5,44 min ton çoxdur. Bu ilin yanvar-oktyabr aylarında butan-butilen fraksiyasının istehsal həcmi 116,49 min ton təşkil edib. Bu, proqnozdan 23,19 min ton (24,9%), 2005-ci illə müqayisədə isə 14,06 min ton çoxdur. Əvvəlki aylarda olduğu kimi, 2006-cı ilin oktyabrında da bu müəssisədə propan-propilen fraksiyası istehsal olunmayıb.

2005-ci ilin yanvar-oktyabr aylarında 1,52 min ton propan-propilen fraksiyası istehsal olunub. Ötən il bu növ neft məhsulunun istehsal həcmi 3,02 min ton təşkil edib.

Xəbər lenti

Xəbər lenti