...

Gürcüstan "Şahdəniz" yatağından 0.8 mlrd. kubmetr Azərbaycan qazı almaq fikrindədir

Energetika Materials 13 Dekabr 2006 19:15 (UTC +04:00)

Trend in Gürcüstandakı müxbiri xəbər verir ki, Türkiyənin "Şahdəniz"dəki payından Gürcüstan üçün 0,8 mlrd. kubmetr, Azərbaycana isə 1,3 mln. kubmetr qaz nəzərdə tutulub.

Gürcüstanın energetika naziri Nika Qilauri bu gün jurnalistlərlə söhbətində bildirib ki, bu hələ yekun qərar deyil.

Azərbaycanın energetika naziri Natiq Əliyev hesab edir ki, bu cür pay bölünməsi hər iki ölkənin normal şəraitdə qışı keçirməsi üçün çox əlverişlidir.

Detallarla bağlı danışıqlar sabah aparılacaq.

N.Qilaurinin sözlərinə görə, müzakirə şirkətlər səviyyəsində başlayacaq.

Nazir qeyd edib: "Türkiyənin payının bölünməsindən alınan qaza Gürcüstanın "Şahdəniz"dəki payı, eləcə də digər alternativlər də əlavə ediləcək, ona görə ümumi qaz həcmi barədə danıhşmaq hələ tezdir".

Xəbər lenti

Xəbər lenti