...

Azərbaycan Dövlət Neft Şirkəti təyyarə yanacağı partiyasını satır

Energetika Materials 28 Dekabr 2006 18:53 (UTC +04:00)

Azərbaycan Dölət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar idarəsi (MİƏİ) 75 min ton TS-1 markalı təyyarə yanacağının satışı üçün marketinq sorğusu elan edib. Trend xəbər verir ki, bu barədə idarədən məlumat verilib.

Bu neft məhsulunun 2007-ci ilin yanvar-iyun aylarında Qara dəniz limanlarından tranzitlə dünya bazarlarına göndəriləcəyi ehtimal olunur.

Sorğu bu il dekabrın 29-da yekunlaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti