...

ARDNŞ başçısı: Azərbaycan Dövlət Neft Şirkəti enerji daşıyıcılarının daxili qiymətlərinin artırılması hesabına əlavə olaraq 150 mln. ABŞ dolları alacaq

Energetika Materials 17 Yanvar 2007 18:47 (UTC +04:00)

2007-ci ilin yanvar ayından neft məhsullarının daxili qiymətlərinin artırılması hesabına Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) bu il əlavə olaraq təxminən 150 mln. ABŞ dolları alacaq. Trend xəbər verir ki, bu barədə çərşənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib.

"Bu vəsaitlərin şirkətin inkişafına yönəldilməsi nəzərdə tutulub", - deyə o qeyd edib.

Bu gün Dövlət Neft Şirkəti bir neçə böyük investisiya və infrastruktur layihələri həyata keçirir. ARDNŞ-in əlavə alacağı vəsaitlər onların maliyyələşdirilməsinə yönəldiləcək və onların reallaşdırılması üçün tələb olunan vəsaitlərin təxminən 30%-ni təşkil edəcək.

R.Abdullayev əlavə edib ki, enerji daşıyıcılarının qiymətinin qaldırılması ilə bağlı Dövlət Neft Şirkəti öz əməkdaşlarının əmək haqqının artırılması imkanını nəzərdən keçirir.

ARDNŞ öz əməkdaşlarının əmək haqqının xarici şirkətlərlə eyniləşdirmək məqsədini görür. Ötən il ARDNŞ iki dəfə öz əməkdaşlarının əmək haqqını artırıb.

Xəbər lenti

Xəbər lenti