...

"Azərenerji" Azərbaycanın cənub rayonlarında qasırğanın nəticələrini aradan qaldırır

Energetika Materials 23 Yanvar 2007 15:18 (UTC +04:00)

Respublikanın cənub bölgəsi üzərində əsən şiddətli külək Astara, Lerik və Yardımlı rayonlarında əhalinin enerji təminatına əhəmiyyətli dərəcədə təsir göstərib. Trend xəbər verir ki, bu barədə "Azərenerji" səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Səhmdar cəmiyyətinin təmir briqadaları qəza vəziyyətlərinin aradan qaldırılması üzrə planı reallaşdırırlar. Güclü külək nəticəsində təxminən 100 dirək, elektrik ötürücü xətlər və transformatorlar sıradan çıxıb. Operativ şəkildə həyata keçirilmiş tədbirlər nəticəsində nöqsanlar qısa müddətdə aradan qaldırılıb.

Lerik rayonuna iki transformator və 1000 metr kabel gətirilib və quraşdırılıb. Yardımlı rayonunda müxtəlif güclü üç transformator, 20-dən çox dirək və 2500 metr kabel quraşdırılıb. Üç transformator Astara rayonunda quraşdırılıb.

Elektrik enerjisinin verilməsi ilə bağlı yaranmış problemlərə baxmayaraq, abunəçilər vaxt sxemi üzrə işıqla təmin olunublar.

Xəbər lenti

Xəbər lenti