...

Ekspert:Enerjidaşıyıcılarına olan tariflərin artırılması "Azərkimya" müəssisələrinin fəaliyyətinin dayandırılmasının əsas səbəbi deyil

Energetika Materials 13 Mart 2007 11:03 (UTC +04:00)
Ekspert:Enerjidaşıyıcılarına olan tariflərin artırılması "Azərkimya" müəssisələrinin fəaliyyətinin dayandırılmasının əsas səbəbi deyil

Azərbaycan,Bakı/müxbir Trend Ü.İsmayılova/Enerji resurslarının qiymətlərinin artırılması ilə bağlı kimya məhsulları istehsalının qeyri-rentabelliyi - inandırıcı deyil və "Azərkimya" Dövlət Müəssisəsinin (DM) fəaliyyətinin dayandırılmasının əsas səbəbi deyil. Bu barədə İctimai Vəsait Monitorinqi Mərkəzinin (PFMC) rəhbəri İnqilab Əhmədov məlumat verib.

Bu gün Nazirlər Kabinetində "Azərkimya" DM-in fəaliyyətinin dayandırılması ilə bağlı müşavirənin keçirilməsi planlaşdırılır. DM-dən bildirilib ki, elektrik enerjisinin istifadəsinə görə ödəmələrlə bağlı problemin olduğuna görə enerji təminatının olmaması səbəbindən kimya müəssisələrinin fəaliyyəti iflic vəziyyətindədir. Elektrik enerjisinin ödənilməsi ilə bağlı problemlər 2007-ci il yanvarın 8-dən tariflərin artırılmasından sonra yaranıb.

Əhmədovun sözlərinə görə, 2006-cı ildə "Azərkimya" 2005-ci il üçün təxminən bütün kimya məhsullarının istehsalının artırılmasını davam etdirib. O cümlədən, kaustik soda (26,1%), propilen (31,9%), azot (12%), etilen (32%), polietilen (32,8%) istehsalı artıb. "Bu az göstərici deyil, belə ki, müəssisələr həmçinin öz məhsulunu xaricə ixrac edib", deyə o, bildirib.

Əhmədovun sözlərinə görə, çox güman ki, DM-in korporativ idarə olunması ilə bağlı struktur xarakterli daha fundamental problemlər mövcuddur.

"Çox güman ki, menecment və strukturda problemlər var. Bu hal aydın olaraq göstərir ki, Azərbaycan iqtisadiyyatı dünya bazar prinsiplərinə hazır deyil", deyə o, vurğulayıb.

Maliyyə Nazirliyi "Azərkimya" üçün nafta və təbii qazın güzəştli qiymətlərlə alınmasında köməkçi maddi yardımın göstərilməsi sisteminə qayıtmaq ideyasını dəstəkləmir. 2005-ci ilə qədər "Azərkimya" dövlət büdcəsindən maliyyələşdirilib, lakin sonrakı illərdə hökumət köməkçi maliyyə yardım göstərmək sistemindən imtina edib.

Xəbər lenti

Xəbər lenti