...

Azərbaycanda butan-butilen istehsalı iki dəfə artıb

Energetika Materials 7 Aprel 2007 15:16 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar - mart aylarında "Heydər Əliyev adına" neft emalı zavodunda (keçmiş "Azneftyanacaq") 36,24 min ton butan-butilen qarışığı istehsal olunub. Bu barədə ARDNŞ-dən məlumat veriblər. Bu proqnozdan 2,2 dəfə çox olmaqla 19,84 min ton təşkil edib. Ötən ilin müvafiq dövründə isə butan-butilen qarışığının istehsalı 17,90 min ton təşkil edib. 2006-cı ildə butan-butilen istehsalı 148,22 min ton, 2005-ci ildə isə 129.62 min ton olub.

Ötən ilin əvvəlki aylarında olmadığı kimi, cari ilin yanvar-mart aylarında da bu müəssisədə propan-propilen istehsal olunmayıb. 2005-ci ildə propan-propilen istehsalı 3,02 min yon təşkil edib.

Xəbər lenti

Xəbər lenti