...

Azərbaycanda "Azərkimya" müəssisələrinin işi bərpa olunur

Energetika Materials 9 Aprel 2007 13:52 (UTC +04:00)
Azərbaycanda "Azərkimya" müəssisələrinin işi bərpa olunur

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ "Azərkimya" Dövlət Müəssisəsi (DM) məhsul istehsalını bərpa etməyə başlayıb. Bazari ertəsi "Azərkimya"dan verilən məlumata əsasən, EP-300 zavodunun işi bərpa olunub, digər kimya müəssisələri isə məhsul istehsalına bu həftə başlayacaq.

EP-300 zavodu, "Sintezkauçuk", "Orqsintez", səth-aktiv məhlluları zavodu "Azərkimya"nın ən böyük müəssisələri hesab olunur.

İstehsalın bərpa olunmasına Azərbaycan hökumətinin iri sənaye müəssisələri üçün elektrik enerjisi, qaz və nafta ilə bağlı qiymətlərin aşağı salınması barədə bu yaxınlarda qəbul etdiyi qərar səbəb olub.

Kimya müəssisələrinin istehsal və realizə etdiyi naftaya olan aksiz vergisinin aşağı salınması barədə qərar da istehsalın bərpa olunmasına təkan verib.

Azərbaycanın kimya müəssisələri naftanı Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan "Azərneftyağ" neft emalı zavodundan əldə edir. Hər il "Azərkimya" DM-in müəssisələri üçün 300 min ton nafta tələb olunur.

Bundan sonra kimya məhsullarının istehsalı üçün "Azərkimya" müəssisəsinə təqdim olunan bir litr nafta üçün 19 faiz deyil, 8 faiz vergi qoyulur. ARDNŞ tərəfindən "Azərkimya" şirkətinə təqdim olunan 1ton naftanın topdansatış qiyməti 210 manat təşkil edir (ƏDV və təchizat xərcləri ilə birgə).

Xəbər lenti

Xəbər lenti