...

ARDNŞ Novorossiyskdən növbəti neft partiyasını satır

Energetika Materials 17 Aprel 2007 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi Novorossiysk limanından 450 min barel neft göndərilməsi üzrə tender elan edib. Bu barədə ARDNŞ-dən bildiriblər. Partiya may ayının 29-30-da göndəriləcək. Tenderin bağlanılması 24 aprelə planlaşdırılıb.

Bu ARDNŞ-in öz yataqlarından çıxardığı, həmçinin birgə müəssisələr və əməliyyat şirkətlərinin nefti olacaq. Yanvar ayında ARDNŞ Bakı-Novorossiysk kəməri ilə öz neftini ixrac etməyib. Fevral, mart və aprel aylarında Bakı-Novorossiysk kəməri ilə hər biri 450 min barel olan üç partiya neft göndərilib.

Yanvar ayında bu kəmərlə göndərişlərin dayandırılması ARDNŞ tərəfindən bütün neftin elektrik stansiyaları üçün yanacaq alınması məqsədilə neft emalı zavodlarına göndərilməsilə əlaqələndirilmişdi.

Yanvar-mart ayları ərzində ARDNŞ ümumilikdə 1 mln. 576,3 min ton xam neft ixrac edib. Bakı-Novorossiysk kəməri ilə ARDNŞ 183 min 431 ton neft ixrac edib. 2006-cı ildə bu kəmərlə ixracın həcmi 1 mln. 172 min ton neft (2005-ci ildə - 1 mln. 631 min ton) olub.

ARDNŞ-in Novorossiyskdən neft partiyalarını müvafiq şirkətlər alıb:

Glencore Energy UK Ltd - fevral (450 min barel);

REOC Ltd - mart (450 min barel);

Glencore Energy UK Ltd - aprel (450 min barel).

Xəbər lenti

Xəbər lenti