...

Koreya sentyabrda Azərbaycanın "İnam" layihəsində pay almaq niyyətindədir

Energetika Materials 20 Aprel 2007 12:43 (UTC +04:00)
Koreya sentyabrda Azərbaycanın "İnam" layihəsində pay almaq niyyətindədir

Azərbaycan, Bakı /müx. Trend / Koreyanın Milli Neft Korporasiyası (KNOC) sentyabrda Azərbaycanın "İnam" perspektiv strukturunda qazma işləri aparmaq hüququnu əldə etmək niyyətindədir. Bu barədə məlumatı Koreya KİV-ləri Koreya hökumətinə istinadən yayıb.

Koreyanın Ticarət, Sənaye və Energetika Nazirliyi sözügedən yataqda qazma işlərinin aparılması ilə bağlı müqaviləni ilin üçüncü rübündə bağlamaq istəyir. Bu sazişin bəzi detalları bu yaxınlarda Seulda keçiriləcək Azərbaycan-Koreya görüşündə müzakirə olunacaq.

ARDNŞ-dən verilən xəbərə görə, əvvələr KNOC və ARDNŞ nümayəndələri "İnam" perspektiv strukturu ilə bağlı layihəyə dair dəfələrlə danışıqlar aparıblar. Lakin edilən təkliflər Azərbaycan tərəfini qane etməyib. Konkret olaraq Koreya tərəfinin irəli sürdüyü kommersiya prinsipləri sərfəli olmayıb.

Azərbaycan hazırda bu layihədə 50 % paya sahibdir. Layihənin maliyyələşməsini digər iştirakçılar - "bp" və "Shell" üzərinə götürüb. Beləliklə, ARDNŞ-in bu layihədə risqi yoxdur. Nəticədə bu, onun payının qiymətini daha artıq edir. Koreya tərəfi isə ARDNŞ-in payının 20 faizinə iddia edir. ARDNŞ-dən başqa burada "bp" 25 faiz (operator) və "Shell" 25 faiz paya malikdir.

"İnam" yatağı ilə bağlı saziş çərçivəsində burada ikinci kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Qazıntının "İstiqlal" qurğusu vasitəsi ilə aparılması nəzərdə tutulur. Xatırladaq ki, strukturdakı birinci quyu yüksək gərginlikdən irəli gələn problemlərə əlaqədar ləğv edilmişdi.

Xəbər lenti

Xəbər lenti