...

Shell Kazakhstan-ın icraçı direktoru: Xəzərsahili qaz kəmərinin tikintisi baxışların ümumiliyini təsdiq edir

Energetika Materials 16 May 2007 17:34 (UTC +04:00)
Shell Kazakhstan-ın icraçı direktoru: Xəzərsahili qaz kəmərinin tikintisi baxışların ümumiliyini təsdiq edir

Qazaxıstan, Astana/ Trend müxbir K.Konırova/ Rusiya, Qazaxıstan və Türkmənistan rəhbərlərinin öz qaz ehtiyatlarının dünya bazarına nəql olunması üçün Xəzərsahili qaz kəmərinin çəkilməsi barədə qərarı bu istiqamətdə ölkələrin yanaşmasının eyni olduğunu göstərir. Bunu çərşənbə günü Shell Kazakhstan Development-in icraçı direktoru Martin Ferstl söyləyib.

"Bu gün biz yaxın zamanlarda Avropa üçün genişlənəcək yeni bir qaz ssenarisinin lap önündəyik",-deyə o bildirib.

Rusiya, Qazaxıstan və Türkmənistan may ayında Xəzərsahili qaz kəmərinin çəkilməsi barədə birgə bəyannamə imzalayıb. Kəmərin tikintisi 2008-ci ildə başlayacaq. Sənədə uyğun olaraq 2007-ci il sentyabrın 1-də üç iştirakçı ölkə əməkdaşlıq barədə müvafiq razılaşma hazırlayaraq imzalayacaq.

Kəmər Türkmənistan ərazisi ilə 360 km, Qazaxıstan ərazisi ilə isə 150 km. dəniz sahili uzanaraq hələ 1967-ci ildən ishtifadəyə verilmiş Rusiya-Qazaxıstan sərhədində Aleksandrov Qay məntəqəsində olan "Orta Asiya - Mərkəz" qaz kəmərinə birləşəcək.

Tərəflər fəaliyyətdə olan kəmərin yenidənqurulması haqqında razılığa gəliblər.

"Türkmənistan böyük qaz ehtiyatlartına malikdir. Ölkə həm Rusiya vasitəsilə Qərbə, həm də Şərq istiqamətində Çinə qaz nəql edə bilər. Qərbi Avropa və Çin iki böyük bazardır, Türkmənistan isə bu iki bazarın tam mərkəzində yerləşir",-deyə Ferstl bildirib.

Mərkəzi Asiya qazının Azərbaycan vasitəsilə nəql olunması üçün Transxəzər qaz kəmərinin tikintisi ilə bağlı isə Ferstl bunun çox çətin layihə olduğunu söyləyib. "Onun həyata kelçirilməsi beş Xəzəryanı ölkənin, ekspert komissiyalarının qərarından, beynəlxalq razılaşmalardan asılıdır",-deyə o söyləyib.

Transxəzər qaz kəmərinin tikintisi 5 mlrd. dollara başa gələ bilər. 1996-cı ildə bu layihənin qiyməti 2,5 mlrd. dollar qiymətləndirilirdi. Bu təşəbbüs Türkmənistan tərəfindən irəli sürülmüşdü. Hələ o zaman Türkmənistan və Türkiyə arasında bununla əlaqədar razılaşma da imzalanmışdı. Razılaşmada hər il artırılaraq 30 mlrd. kubmetrə çatdırılması şərti ilə 16 mlrd. kubmetr qazın alqı-satqısı nəzərdə tutulmuşdu. Bu həcmin 14 mlrd. kubmetri Avropaya satılmalı idi. Transxəzər layihəsinə əsasən, kəmərin uzunluğu 2 min km. təşkil etməlidir.

"Bu cür məsələlər tez həll olunmur və uzun müddət tələb edir",-deyə Shell Kazakhstan Development-in icraçı direktoru bildirib.

Xəbər lenti

Xəbər lenti