...

"ExxonMobil" dünyada hasil edilən neft ehtiyatlarına dair öz qiymətləndirilməsini açıqlayıb

Energetika Materials 22 May 2007 13:06 (UTC +04:00)

Qazaxıstan,Astana/müxbir Trend K.Konırova/Dünyada hasil olunan neft ehtiyatları bugünkü məlumatlara əsasən, 450 milyard ton təşkil edir. Bu barədə Astanada Amerikanın "ExxonMobil" şirkətinin eksperti Skott Nauman məlumat verib.

"Əgər bu göstəriciyə proqnozlaşdırılan ağır neft və bitum şistləri kimi "sərhəd" resurslarının həcmini də əlavə etsək, o zaman ümumi həcmlər 575 milyard tondan çox olar. "ExxonMobil" şirkətinin ABŞ-ın Geologiya Xidmətinin məlumatları ilə tutuşdurulmuş son hesablamaları belədir" - deyə ekspert bildirib.

Lakin ekspertin sözlərinə görə, texnologiyaların daima təkmilləşdirilməsindən asılı olaraq bu göstəricinin artıma doğru dəyişməsi tamamilə ehtimal oluna bilər.

"Bu vaxta qədər bəşəriyyət ənənəvi neft hasilatı yolu ilə yalnız 140 milyard ton neft hasil etdiyinə görə, biz hesab edirik ki, mövcud olan resurslar 2030-cu ilə qədər olan dövr ərzində neftə artan tələbatın təmin edilməsi üçün kifayət qədərdir" - deyə Nauman vurğulayıb.

ENI hesablamalarına əsasən, 1 yanvar 2006-cı il üçün Azərbaycanda hasil olunan neft ehtiyatları 7 mlrd. barrel təşkil edib.

Xəbər lenti

Xəbər lenti