...

"Azərkimya" xammal alınması üzrə tender elan edib

Energetika Materials 30 May 2007 13:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərkimya" Dövlət Müəssisəsi 2007-ci ildə Etilen-polietilen zavodu üçün istehsalda istifadə olunan xammalın alınması üzrə tender elan edib. Dövlət Müəssisəsinin məlumatında bildirildiyi kimi, tender bir lot - Na və Ka-3M seolitinin alınması (30 ton) üzrə keçirilir.

Tenderdə iştirak dəyəri 200 manat təşkil edir.

Maraqlanan şirkətlərin təklifləri iyunun 28-dək qəbul olunacaq. Tender təkliflərinin olduğu paketlərin açılışı iyunun 29-da zavodda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti