...

"BP Azerbaijan" hər il keçirilən "Ən yaxşı biznes" müsabiqəsinin qaliblərini elan edib

Energetika Materials 25 İyun 2007 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / "BP" şirkəti öz tərəfdaşları adından "Ən yaxşı biznes" mükafatlarının ikinci il üzrə qaliblərini elan edib. Bu təşəbbüs Azərbaycanda sahibkarlığın inkişafı üçün təchizatçı və xidmət şirkətlərinin nəzərə çarpan töhfələrini qiymətləndirir.

2007-ci ildə müsabiqə keçən illə müqayisədə iki dəfədən artıq iştirakçı cəlb edib, həmçinin "İlin icma sahibkarı" mükafatı da təsis edilib. Bu yeni kateqoriya "BP"nin İctimai Sərmayə Proqramı tərəfindən əsası qoyulmuş layihələrdən biri ilə başlayan və ya ondan faydalanan ən yaxşı davamlı biznesi qiymətləndirir.

"BP" öz tərəfdaşları adından 2007-ci il üzrə "Ən yaxşı biznes" mükafatlarını beş kateqoriya üzrə aşağıdakı müəssisələrə və fərdlərə təqdim edib: "İlin gənc sahibkarı" - Eyvaz Mirzəyev. Bu mükafat öz biznesinə təzə və yenilikçi yanaşmaları uğurla tətbiq edən, yaşı 35-dək olan iş adamına verilir. Mirzəyev sənaye, elektrik təchizatı və xidmət şirkəti olan "Münasib sənaye təchizatı LTD"nin sahibidir və onu idarə edir. Şirkət artıq öz biznesini Gürcüstana və Qazaxıstana qədər genişləndirib.

"İlin icma sahibkarı" - İcma biznes təşkilatı "İnsan inkişafı və davamlı gəlirlər" ictimai birliyi. Bu mükafat yerli səviyyədə iqtisadi inkişaf üçün nəzərə çarpan müsbət təsirə malik müəssisəyə verilir. "İnsan inkişafı və davamlı gəlirlər" ictimai birliyi sabit və davamlı gəlir gətirən biznes yaradaraq Səngəçal yaxınlığındakı "Ümid" qaçqınlar qəsəbəsinin 34 nəfər sakinini bir araya gətirib. Onlar terminal üçün iş əlcəkləri və digər məmulatlar istehsal edirlər.

Sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühit üzrə (SƏTƏM) iş icrası mükafatı - "Xəzər" qazma şirkəti (XQŞ). Bu mükafat əməyin təhlükəsizliyi və ətraf mühit üzrə iş icrasında əldə edilmiş böyük nailiyyətlərə görətəqdim edilir. Münsiflər qiymətləndiriblər ki, XQŞ hər kəsin bir-birinin qayğısını çəkdiyi, hamının sağlamlığına və təhlükəsizliyinə səmimi şəkildə maraq göstərdiyi bir SƏTƏM mədəniyyəti yaratmışdır.

"Ən yaxşı işə götürən" - "İTS sınaq xidmətləri" şirkəti. Bu, Azərbaycanda çalışan beynəlxalq şirkətlər üçün açıq olan, eləcə də yerli şirkətlər üçün nəzərdə tutulan yeganə kateqoriyadır. Bu mükafat öz işçi heyətinin təcrübə və bacarıqlarının inkişaf etdirilməsinə həqiqi diqqət yetirən şirkətə verilir.

"İlin şirkəti" - Enkotek. Bu nüfuzlu mükafat il boyu görkəmli nəticələr əldə etmiş şirkətə verilir.

Bundan əlavə, "BP" üçün işlədiyi müddət ərzində yeni konsepsiyaların və texnikaların öyrənilməsi və tətbiq edilməsi sahəsində böyük çeviklik və bacarıq nümayiş etdirdiyinə görə SİAR araşdırma və məsləhət şirkətinə xüsusi qiymət verilib.

"BP Azərbaycan" şirkətinin prezidenti Bill Şreyder mərasim iştirakçılarına müraciətlə: "Qalib gələn şirkətlərin hər biri həqiqətən də ən yaxşı biznes: iş icrasına və intizama güclü diqqət yetirmək; işçi qüvvəsinin inkişaf etdirilməsinə öhdəlik; eləcə də yenilikçi olmaq və mütərəqqi düşünmək bacarığı nümayiş etdirir. Bunlar bizim ortaq olduğumuz dəyərlərdir və biz Azərbaycanda sağlam və güclü bir sahibkarlıq mədəniyyətinin yaranmasında rol oynamaq üçün eyni dərəcədə öhdəliyə malik daha artıq yerli və beynəlxalq şirkətlərlə işləməyi səbirsizliklə gözləyirik" - deyə söyləyib.

Xəbər lenti

Xəbər lenti