...

LUKOYL Balkanlarda güclü rəqib qazanıb

Energetika Materials 28 Avqust 2007 14:33 (UTC +04:00)
LUKOYL Balkanlarda güclü rəqib qazanıb

Qazaxıstan, Astana / Trend , müxbir K.Arınova/ "KazMunayQaz"ın "Rompetrol Group NV" neft şirkətində 75 faiz pay əldə etməsi beynəlxalq neft bazarında yeni güclü oyunçunun meydana çıxmasına səbəb ola bilər. Bu fikri Qazaxıstanın yüksək vəzifəli neftçisi bildirib.

"Bu sazişi özünə məxsus çağırış kimi də qiymətləndirmək olar" - deyə o söyləyib.

Bazar ertəsi yayılan "Rompetrol"un press-relizində deyilir ki, "KazMunayQaz" Niderlandda qeydiyyatda olan, Rumıniyalı oliqarx Dinu Patrişiuya məxsus "Rompetrol" paketini alıb. Sazişin dəyəri 2,7 mln. dollar təşkil edir. Şirkətin ümumi dəyəri təxminən 3,6 mln. dollar məbləğində dəyərləndirilir. "Rompetrol Group"un yerdə qalan 25 faiz səhmi "Rompetrol Holding"in nəzarəti altında olacaq. Patrişiu şirkətin icraçı direktor və direktorlar şurasının sədri vəzifələrində qalacaq.

"Rompetrol"da pay əldə edən Qazaxıstan milli şirkəti emal gücünü ikiqat artırır. Şirkət dərhal Rumıniyada iki NEZ və Gürcüstandan Fransaya qədər 7 ölkədə 630 yanacaqdoldurma məntəqəsinə sahib olma hüququ əldə edib. "KazMunayQaz" Avropada 4 mln. tondan çox neft emal etmək və öz şəbəkəsi ilə Avropada 7 mln. tondan artıq neft məhsulları ilə bağlı ticarət həyata keçirmək imkanına malik olub.

Rumıniyada neft məhsullarının satış bazarında LUKOYL şirkətinin güclü iştirakı mövcuddur. Buna əsaslanaraq yuxarıda xatırlanan mənbə bildirib ki, "İndi LUKOYL Balkanlarda güclü rəqib qazanıb".

Saziş Avropa Şurasının antiinhisar qurumları tərəfindən müsbət rəy almalıdır. "KazMunayQaz" tərəfindən saziş üzrə məsləhətçi kimi ABN AMRO bankı və "PriceWaterhouseCoopers" auditor şirkəti iştirak edəcək.

"Rompetrol Group NV" şirkəti 13 ölkədə təmsil olunur; şirkətdə 8 min əməkdaş çalışır. Şirkətin əsas aktivləri Rumıniya, Fransa, İspaniya və Cənub-Şərqi Avropada cəmlənib.

Xəbər lenti

Xəbər lenti