...

Sənaye naziri Azərbaycanda gələcək özəl külək elektrik stansiyalarının gücünü açıqlayıb

Energetika Materials 28 Avqust 2007 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Çərşənbə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyevin energetika məsələri üzrə Azərbaycan-Cənubi Koreya birgə komitəsinin Bakıda keçirlən III yığıncağı zamanı verdiyi məlumata görə, Azərbaycanda özəl külək elektrik stansiyaları il ərzində təxminən 700 mln. kVt/saat elektrik enerjisi istehsal edəcək.

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi aprel ayında Koreyanın KEPKO və STX şirkətləri ilə ölkədə özəl elektrik stansiyalarının (Independent Power Plant) tikintisi layihəsi ilə bağlı anlaşma memorandumu imzalayıb.

Nazirin sözlərinə görə, hər birinin gücü 2 mVt olan 10 enerji bloku tikiləcək. İnvestisiyaların həcmi 40 mln. dollar təşkil edəcək.

Azərbaycanda külək elektrik stansiyaları 100%-lik xarici investisiya ilə tikiləcək. Nazir bildirib ki, artıq külək elektrik stansiyalarının tikiləcəyi yer müəyyən olunub. "Külək stansiyaları əlverişli iqlim şəraiti səbəbindən Qobustanda yerləşəcək" - deyə Əliyev bildirib.

Xəbər lenti

Xəbər lenti