...

"McDermott" Azərbaycan Dövlət Neft Şirkətinin yeni qaz kəmərinin tikintisində iştirak edəcək

Energetika Materials 1 Sentyabr 2007 15:15 (UTC +04:00)

Azərbaycan, Bakı /" TrendCap ", müxbir Ü.İsmayılova/ Azərbyacanın Dövlət Neft Şirkəti qazın hasilatının artırılması proqramı çərçivəsində 2007-ci ildə bu növ yanacağın hasilatını iki dəfə artırmaq niyyətindədir. 2008-ci ildə ARDNŞ-nın qaz hasilatı 8 mlrd. kubmetr təşkil etməlidir.

ARDNŞ-nın məlumatında göstərildiyi kimi, qazın hasilatının artırılması çərçivəsində "Neft Daşları"ndakı qazpaylayıcı məntəqədən "Bahar" yatağınadək ötürmə qabiliyyəti sutkada 5-5,5 milyon kubmetr olacaq 66,5 kilometrlik sualtı qaz kəmərinin çəkilişi planlaşdırılıb. Bunun üçün Yunanıstandan 126 vaqon boru gətirilib

Bu həmin marşrutla çəkiləcək üçüncü xətt olacaq. Kəmər əvvəlki xətdən 50-100 metr aralıda inşa ediləcək.

Qaz kəmərinin layihəsi "Neftqazlayihə" İnstitutu tərəfindən hazırlanıb. Tikintinin baş podratçısı "Neftqaztikinti" trestidir. Subpodratçı qismində "McDermott" şirkəti iştirak edəcək. Hazırda borular betonlaşdırılmaq üçün EUPEC zavoduna göndərilib. Kəmər bu ilin sonuna istismara veriləcək

Xəbər lenti

Xəbər lenti