Bakı. Ceyhun Ələkbərov - Trend:
Aprel ayı üzrə bütün müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirilib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan bildiriblər.
Müavinət, təqaüd və kompensasiyalar müvafiq kateqoriyalardan olan şəxslərin hesablarına köçürülüb.